MƏDƏNİYYƏT


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti  Bişkekdə səfirlərlə görüşüb

Bakı, 13 iyul, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana səfəri çərçivəsində Fondun üzv dövlətlərinin bu ölkədəki səfirləri ilə görüşlər keçirib.

Fonddan AZƏRTAC-a bildirilib ki, Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıç ilə keçirilən görüşdə türkdilli xalqların mədəni irsinin qorunması və təbliği məqsədilə Fondun gördüyü iş və layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb, Türkiyə ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ilə keçirilən görüşdə Fondun Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edildiyi, eləcə də qurumun fəaliyyətində ölkəmizin aktiv rolu diqqətə çatdırılıb, türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsi, eyni zamanda, türk dünyasının birliyi naminə birgə tədbir və layihələrin reallaşdırılmasının dəstəklənəcəyi bildirilib.

G.Əfəndiyeva Qazaxıstanın Qırğızıstandakı səfiri Aimdos Bozjigitov ilə də görüşüb. Görüşdə türk dünyasına xas mədəniyyətin, irsin dünyada daha geniş təbliğ edilməsinin vacibliyi vurğulanıb, Fondun bu istiqamətdə fəaliyyətinə və planlaşdırdığı layihələrinə dəstək ifadə olunub, Qazaxıstan ilə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.