DÜNYA
Beynəlxalq Valyuta Fondu Gürcüstana 285,3 milyon dollar tranş ayırıb
Bakı, 14 aprel, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (BVF) Gürcüstana islahatların dəstəklənməsi üçün 285,3 milyon dollar ayırıb.
AZƏRTAC "lenta.ru"ya istinadla xəbər verir ki, BVF rəhbərliyi Gürcüstana 285,3 milyon dollarlıq tranş ayrılması barədə qərar qəbul edib. Məqsəd ölkə hakimiyyətinin iqtisadi sahədə həyata keçirdiyi islahatların dəstəklənməsidir. Bu barədə BVF-nin mətbuat xidmətindən verilib.
Bu proqramın müddəti 2020-ci ilə qədər hesablanıb. Proqramın tərtibatçılarının fikrincə, tranşın ayrılmasından sonra Gürcüstan iqtisadiyyatı inkişaf etməyə başlayacaq. Bəyanatda deyilir ki, Gürcüstanda iqtisadi islahatlar “strukturlu və iddialı” olacaq. Bu, təhsil, infrastruktur, dövlət və işgüzar mühitin yaxşılaşdırılması kimi sahələrə aid olacaq.
Bu islahatlar inklyüziv artıma nail olunması və Gürcüstan iqtisadiyyatının şaxələndirilməsi üçün çox vacibdir.