DÜNYA


Beynəlxalq Valyuta Fondu İraqa 5,34 milyard dollar məbləğində kredit ayıracaq

Bakı, 8 iyul, AZƏRTAC

Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası İraqa hökumətin iqtisadi islahatlar proqramına dəstək üçün təxminən 5,34 milyard dollar məbləğində kreditin ayrılması haqqında üçillik sazişi təsdiq edib.

AZƏRTAC BVF-na istinadla xəbər verir ki, qərar Bağdada 634 milyon dolların indi ayrılmasına imkan verəcək. Bu vəsait hesabına İraqda ödənişlər balanslaşdırılacaq, Bağdad borc öhdəliklərini yerinə yetirə biləcək.

Qeyd edək ki, BVF ötən ilin iyulunda İraqa 1,24 milyard dollar ayırmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.