DÜNYA


Beynəlxalq Valyuta Fondu “Privatbank”ın milliləşdirilməsinə görə Kiyevi tərifləyib

Bakı, 20 dekabr, AZƏRTAC

Ukrayna hökumətinin “Privatbank”ın milliləşdirilməsi haqqında qərarı maliyyə sabitliyinin təmin olunması yolunda atılan mühüm addımdır.

AZƏRTAC “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktoru Kristin Laqardın bəyanatında deyilir. K.Laqard qeyd edib ki, bankın kapitalının adekvatlığının təmin edilməsi üçün səylər kifayət qədər deyildi. Beynəlxalq Valyuta Fondu Ukraynaya dəstək verməyə davam edəcəyinə söz verib.

Qeyd edək ki, dekabrın 18-də Ukrayna hökuməti “Privatbank”ın tamamən dövlət mülkiyyətinə keçməsi barədə Milli Bankın və Maliyyə Sabitliyi Şurasının təklifini dəstəkləyib.

İki gün əvvəl məlum olub ki, biznesmen İqor Kolomoyski və digər səhmdarlar bankın milliləşdirilməsinə və dekabrın 20-dən sonra onu dövlətə verməyə razı olduqlarını bəyan ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.