İQTİSADİYYAT


Beynəlxalq Valyuta Fondu qlobal böyümə proqnozlarını endirib

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

Böyük Britaniyada keçirilən Avropa İttifaqı referendumundan “Brexit” qərarının çıxması qlobal iqtisadi böyümə proqnozlarının aşağı düşməsinə səbəb olub. Belə ki, Beynəlxalq Valyuta Fondu (BVF) “Brexit”in meydana gətirdiyi qeyri-müəyyənliklərlə əlaqədar qlobal iqtisadi böyümə proqnozlarını bu il üçün 3,2 faizdən 3,1 faizə, gələn il üçün isə 3,5 faizdən 3,4 faizə endirdiyini açıqlayıb.

AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, BVF “Brexit”in qlobal maliyyə bazarlarını çaşdırdığını və dünya iqtisadiyyatı üçün əhəmiyyətli dərəcədə aşağı istiqamətli risklər meydana gətirdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.