CƏMİYYƏT


Beynəlxalq Yer Günü ilə əlaqədar 55 hektar ərazidə abadlıq işləri aparılıb

Bakı, 22 aprel, AZƏRTAC

Hər il olduğu kimi Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında iməcilik keçirilib.

İməcilikdə nazirliyin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiyada həmin ərazinin 55 hektar sahəsində abadlıq işləri aparılıb, o cümlədən yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib.

Bu təqvimlə əlaqədar regionlarda da ETSN-in yerli qurumları tərəfindən iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.

Xatırladaq ki, Beynəlxalq Yer Gününün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. 1882-ci ildə 22 aprel ABŞ-ın Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanılıb. 1970-ci ildən sonra isə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.