İDMAN


Beynəlxalq boks turnirinin iştirakçıları Heydər Əliyev Muzeyində olublar

Bakı, 12 iyun, AZƏRTAC 

Naxçıvanda yeniyetmə oğlan boksçular arasında keçirilən “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinin iştirakçıları iyunun 12-də Heydər Əliyev Muzeyində olublar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Naxçıvan boks federasiyalarının rəsmiləri, yarışa qatılan milli komandaların məşqçi heyəti və üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Sonra onlar ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

Qeyd edək ki, turnir iyunun 14-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.