İQTİSADİYYAT
Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib
Bakı, 7 fevral, AZƏRTAC
Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib.
Tarif (qiymət) Şurasından AZƏRTAC-a bildirilib ki, bəzi KİV-də Tarif (qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə əsassız məlumatlar yayılıb.
Xatırladırıq ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq bütün zonalar üzrə 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib. Bu tariflər 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minib və hazırda da qüvvədədır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]