MƏDƏNİYYƏT
Beynəlxalq festival çərçivəsində silsilə tədbirlər
Bakı, 17 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqı dahi bəstəkara həsr olunmuş bəzi tədbirlər keçirməyi planlaşdırır.
Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 22-də qurumun Üzeyir Hacıbəyli adına konsert salonunda “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusunda elmi-praktik konfrans təşkil ediləcək. Konfransda xaricdən gəlmiş mütəxəssislərin iştirakı nəzərdə tutulur.
Sentyabrın 24-də isə həmin konsert salonunda “Trio-klassik” ansamblının konserti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]