Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beynəlxalq hüquq və idarəetmənin böhranı: səbəb və nəticələr

Beynəlxalq hüquq və idarəetmənin böhranı: səbəb və nəticələr

İstanbulda ingilis dilində nəşr olunan ''Caucasus International'' jurnalının beynəlxalq münasibətlər və hüquq sistemində baş verən böhrana həsr edilən növbəti nömrəsi çapdan çıxıb. Budəfəki nömrədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini və xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalın "Beynəlxalq hüquq və idarəetmənin böhranı: səbəb və nəticələr'' mövzusunda suallarını cavablandırıb. Jurnalda ənənəvi olaraq, dünyanın siyasət sahəsində tanınmış alimləri və ya nüfuzlu siyasətçilərindən alınan müsahibələr dərc olunur.

Dünyanın bir sıra nüfuzlu universitetlərini və “beyin mərkəzləri”ni təmsil edən və müxtəlif ölkələrdən olan tədqiqatçıların məqalələrinin toplandığı hazırkı nömrədə beynəlxalq münasibətlər sistemində beynəlxalq hüquq normalarına hörmət edilməməsi, beynəlxalq münasibətlərdə ədalətsizlik, beynəlxalq təşkilatların qeyri-effektivliyi və böyük dövlətlərin maraqlarına xidmət etməsi kimi məsələlərə toxunulub. Müsahibənin mətnini təqdim edirik.

– Beynəlxalq siyasətdə ikili standartlar və böyük dövlətlərin demokratiya və insan hüquqlarının müdafiəsi adı altında milli maraqlarını güdməsi müasir beynəlxalq münasibətlərdə hansı nəticələrə gətirib çıxarır?

– Reallıq bundan ibarətdir ki, yeni minillikdə beynəlxalq münasibətlər sistemində çox mürəkkəb və gərgin bir vəziyyət yaranıb. Müəyyən dövr ərzində ardıcıl və davamlı şəkildə baş verən bir sıra proseslər beynəlxalq münasibətlərin bugünkü gərgin mərhələyə gəlib çatmasına səbəb olub.

SSRİ-nin dağılmasından sonra beynəlxalq münasibətlər sistemində Qərbin nümunəsində yalnız bir qütbün qalması bir çoxlarında gələcəyə böyük ümidlər yaratmışdı. Dünyada proseslərin daha rəvan gedəcəyi, problemlərin azalacağı, mümkün münaqişələrin isə hərb yolu ilə deyil, danışıqlar, kompromislər vasitəsilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll ediləcəyi gözlənilirdi. Təəssüf ki, bütün bu gözləntilər özünü doğrultmadı. Yeganə qütb kimi qalan və faktiki dominant gücə çevrilən Qərb beynəlxalq münasibətlər sisteminin daha harmonik, münaqişəsiz vəziyyətə gətirilməsi üçün səy göstərmədi. Əksinə, heç bir ciddi rəqiblə qarşılaşmayan Qərb öz strateji maraqlarını tam şəkildə reallaşdırmağa – bütün dünyanın insan və təbii resursları üzərində total nəzarəti əldə etməyə can atmağa başladı.

Hərbi güc artıq əsas təsir vasitəsi kimi ikinci plandadır – insanları qurğuşunla öldürmək beynəlxalq cinayət sayılır. Bununla da, təsir vasitələri yeni reallıqlara uyğunlaşdırılıb, daha incə, mürəkkəb və "mədəni'' olub, yəni "yumşaq gücə'' çevrilib. Artıq insan amili önə çəkilir, müxtəlif müdaxilələr humanitar məqamlarla əsaslandırılır. Ayrı-ayrı ölkələrə təzyiq etmək üçün demokratiya, insan hüquqlarından istifadə olunur. Hətta qərara alınıb ki, qeyri-ənənəvi cinsi oriyentasiyalı şəxslərin nikahını da insan hüquqları müstəvisində həyata keçirsinlər.

Nəticələr isə göz qabağındadır. Bir sıra regionlarda yaranmış problemlərin daha geniş və hətta bəzən qlobal xarakter almasında dominant gücə çevrilmiş Qərb məsuliyyət daşıyır. Onun bu problemlərin həllini təmin edə bilməməsi, bir sıra hallarda bu proseslərə müdaxilə etmək istəməməsi, digər hallarda isə bu proseslərin əsas səbəbkarı olması, dövlətlər arasındakı geosiyasi və geoiqtisadi mübarizənin daha da genişlənməsi, ərazi münaqişələri Frensis Fukuyamanın hesab etdiyi kimi, dünyanın heç də "tarixin sonu”na çatmadığını və əksinə, daha gərgin və böhranlı mərhələyə girdiyini göstərir. Təkcə onu demək kifayətdir ki, "Soyuq müharibə'' dövründə dünyada 10-a yaxın ölkədə gərgin vəziyyət var idisə, hazırda qaynar nöqtələrin sayı 50-yə yaxındır.

Bütün bunların fonunda, əsas düşündürücü məqam budur ki, cəmiyyət inkişaf etdikcə XXI əsrin əvvəllərində bu cür hadisələrin baş verməsi doğrudan da bir problem kimi öz cavabını, həllini gözləyir. Əslində, insan və cəmiyyət inkişaf etdikcə münaqişələr, ziddiyyətlər, problemlər azalmalıdır. Amma bu gün dünyada əks prosesin getdiyi müşahidə olunur. Bu isə beynəlxalq ictimaiyyət üçün yaxşı heç nə vəd etmir.

– Hazırkı dövrdə beynəlxalq hüquq və bu hüququn tətbiqinin qarantiyası rolunu oynamalı olan beynəlxalq təşkilatların böhran yaşadığının şahidi oluruq. Böyük dövlətlər tərəfindən eyni tipli problemlərə fərqli yanaşma, beynəlxalq hüquq və beynəlxalq təşkilatlardan öz xarici siyasətlərinin reallaşdırılmasında vasitə kimi istifadəsi geniş vüsət alıb. Siz bu böhranın səbəblərini nədə görürsünüz və beynəlxalq hüquq normalarının beynəlxalq münasibətlərin tənzimləyici mexanizminə çevrilməsi üçün hansı addımlar atılmalıdır?

– İlk növbədə onu qeyd etmək lazımdır ki, insanların qarşılıqlı fəaliyyətinin qiymətləndirilməsində istifadə oluna biləcək ən mühüm və vacib anlayış ədalət anlayışıdır. Məhz bu prinsipi sadə vətəndaşdan tutmuş ən yüksək vəzifəli dövlət siyasətçisinə kimi bütün insanların davranışını müəyyənləşdirən əsas dəyər kimi nəzərdən keçirmək olar. Ədalət olmayan zaman insan fəaliyyətinin heç bir sahəsində müsbət nəticə gözləməyə dəyməz. Dünyanın hansısa bir nöqtəsində insanların kütləvi qırğınına və ya münaqişələr nəticəsində öz evlərini tərk etmələrinə müəyyən maraqlar fonunda göz yumulması səbəbindən belə hadisələrin daha geniş xarakter alması ədalətsizliyin beynəlxalq münasibətlər sistemində hansı fəsadlar törətdiyinin bariz nümunəsidir.

Bu gün beynəlxalq münasibətlər sisteminin ən böyük problemi ədalətin olmaması ilə bağlıdır. Bu səbəbdən də bu sistem daxilində uzun illər ərzində formalaşmış, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərin fəaliyyətinin çərçivəsini müəyyən edən beynəlxalq hüquq birmənalı şəkildə iflasa uğramaqdadır. Beynəlxalq hüququn prinsip və normalarına artıq riayət edilmir. Məhz Qərbin iradəsi əsasında formalaşmış bu mexanizmdə dövlətlərin hansı davranışlarının leqal, hansınınsa qeyri-leqal olduğunu müəyyənləşdirmək olduqca çətinləşib. Daha doğrusu, bu davranışlara beynəlxalq hüququn mövcud prinsipləri əsasında qiymət vermək mümkündür, lakin bu qiymətin müəyyən dövlətlərin maraqlarından asılı hala düşməsi vəziyyəti qəlizləşdirir. Beləliklə də, beynəlxalq hüquq proseslərə tətbiq olunmur. Beynəlxalq hüquq böyük dövlətlərin maraqlarına xidmət alətinə çevrilir.

Sizin də qeyd etdiyiniz kimi, belə bir vəziyyətdə beynəlxalq hüququn tətbiqinin qarantiyası rolunu oynamalı olan beynəlxalq təşkilatlar böhran keçirirlər. Bu böhranın da əsas səbəbi həmin təşkilatların böyük dövlətlərin maraqlarından asılı vəziyyətə düşməsidir. Bu maraqlar beynəlxalq hüququn eyni proseslərə fərqli yanaşma əsasında tətbiq edilməsini şərtləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, bəzən BMT Təhlükəsizlik Şurasında hansısa bir ölkə ilə bağlı qətnamə hələ qəbul edilməmiş bu ölkəyə müdaxilə edilir. Hansısa digər ölkələrə münasibətdə qəbul olunmuş qətnamələr isə onillərlə arxivlərdə qalır və bununla bağlı heç bir əməli iş görülmür.

Bu cür yanaşma özünü ən bariz şəkildə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə göstərir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri qəbul olunub. Xüsusən, BMT qətnamələrində erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz dərhal çıxarılması tələb olunur. Bütün bu sənədlərdə beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin qəti mövqe ortaya qoyulmadığı üçün heç bir qətnamənin tələbləri yerinə yetirilmir.

Buradan hansı nəticə çıxır? Əfqanıstan, İraq və Liviya kimi ölkələrə dərhal müdaxilə edən Qərb ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar? Bəlkə elə buna görədir ki, Gürcüstan, Moldova və Ukraynadakı separatçı qurumlara bir münasibət, Dağlıq Qarabağdakı separatçı quruma isə fərqli münasibət göstərilir?

Şübhəsiz ki, ikili standartların bu şəkildə tətbiqi ədalət prinsipinə və beynəlxalq hüquqa kölgə salır. Qərbin özünün səbəb olduğu və bilavasitə yaratdığı proseslər sonradan onun özünə qarşı çevrilir və ümumən beynəlxalq münasibətlər sistemi üçün ciddi təhlükə yaradır. Bu, artıq bir çox dövlət tərəfindən etiraf olunur.

Vəziyyətin kökündən dəyişdirilməsinin zəruriliyi inkar edilə bilməz. Yeganə çıxış yolu isə ədalət prinsipinin və beynəlxalq hüququn aliliyinin bərpa olunmasıdır. Böyük dövlətlər istər ikitərəfli münasibətlərində, istərsə də beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətlərində öz maraqları üçün yox, beynəlxalq hüququn norma və prinsiplərini tətbiq etmək üçün çalışmalıdırlar. Xüsusən, BMT kimi universal təşkilat çərçivəsində bunun zəruriliyi özünü açıq şəkildə göstərir. Nümunə kimi deyə bilərəm ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu dövr ərzində yalnız beynəlxalq hüququ və ədaləti müdafiə edib, konkret məsələlərlə bağlı prinsipial mövqe nümayiş etdirib, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürüb. Hesab edirəm ki, yalnız belə mövqe beynəlxalq münasibətlər sistemində mövcud olan zərərli tendensiyaları aradan qaldıra bilər.

– ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyət(sizliy)ini necə qiymətləndirirsiniz? Minsk qrupunun sülhyaratma cəhdlərindəki uğursuzluğun əsas səbəblərini nədə görürsünüz?

– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır ki, davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Lakin nədənsə bu münaqişəyə "dondurulmuş münaqişə'' adını vermək cəhdləri səngimir. Beynəlxalq birlik cəbhə xəttində baş verən mütəmadi gərginliklərdən narahat olur, lakin hər dəfə proseslərin əsl səbəblərinə diqqət yetirməkdənsə, vəziyyətin yenidən "dondurulması''na can atır.

Əminliklə demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxması geosiyasi oyunların nəticəsidir. Bu oyunlar davam etdiyi müddətdə həmin nəticə dəyişməyəcək. Gürcüstan, Moldova və Ukrayna kimi ölkələrdə baş verənlər də bunun bir təzahürüdür.

Belə isə sual yaranır: ATƏT-in Minsk qrupu nə ilə məşğuldur? Bəli, həmsədrlər münaqişənin həlli istiqamətində müəyyən səylər göstərir, bəyanatlar verir, təkliflər irəli sürürlər. Lakin bütün bu təşəbbüslər Ermənistan tərəfindən rədd edilir. Əvəzində həmsədrlər nə edirlər? "Gəl-get diplomatiyası'', regiona "turist səfərləri'' davam edir, fəaliyyət görüntüsü yaradılır. Mahiyyət isə dəyişmir. Bu cür vasitəçilik nə zamana kimi davam edə bilər?

Münaqişənin həllinə münasibətdə bir sıra maraqlı yanaşmalar mövcuddur. Bir tərəfdən, münaqişənin həlli faktiki ATƏT-in Minsk qrupunun monopoliyasına çevrilib. Müəyyən dairələr də vəziyyətin belə qalmasında maraqlıdırlar. Hər dəfə münaqişənin həlli ilə bağlı hansısa müstəvidə əməli addımlara səy göstəriləndə, "bu işlə ATƏT-in Minsk qrupu məşğul olur'' deyə mövqe bildirilir. Digər tərəfdən isə həmsədrlərdən qəti mövqe tələb olunanda, "problemi münaqişə tərəfləri özləri həll etməlidirlər və biz istənilən həll variantını dəstəkləyəcəyik'' kimi arqumentlər ortaya atılır.

Bu cür vasitəçiliyin mahiyyətində ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. İlk növbədə, münaqişə tərəflərinə olan münasibət dəyişməli, konkret və qəti mövqe nümayiş etdirilməlidir. Ermənistanın işğalçı ölkə olduğu faktı etiraf edilməli və təcavüz faktı danışıqlar prosesinin əsasında durmalıdır. Təəssüf ki, biz hələlik bunların heç birini müşahidə etmirik.

Danışıqların bu şəkildə davam etdirilməsi isə bizi qane edə bilməz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, danışıqlar naminə danışıqlar aparılmayacaq, Azərbaycan heç bir vaxt torpaqlarının bir qarışının da erməni işğalı altında qalmasına razı olmayacaq və gec-tez öz torpaqlarını azad edəcək. Bununla bağlı həm sülh yolu, danışıqlar yolu, həm də bütün başqa yollar öz qüvvəsində qalır. Düşünürəm ki, həm Ermənistanın, həm də Minsk qrupu həmsədrlərinin bu reallığı dərk etməsi bütün tərəflər üçün faydalı olar.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu Devid Kemerona: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir - RƏY

Nizami rayonundakı şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

AMEA-da özbək ədəbiyyatı tarixinə dair monoqrafiya hazırlanır

AzMİU tələbəsi ABŞ-ın Kolumbiya Universitetində təhsil alacaq

Ankarada yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” təqdimatı keçirilib

Hemofiliya xəstəliyi zamanı Aptz dəyərinin yüksək olması müşahidə edilir

Yeni kaledoniyalı parlamentarilər Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olublar VİDEO

Çin “İpək yolu mükafatları” media müsabiqəsinin 2-ci mərhələsini elan edib