ELM VƏ TƏHSİL
Beynəlxalq jurnalın növbəti nömrəsi nəşrə hazırlanır
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu tərəfindən “Journal of Radiation Researches” (“Radiasiya tədqiqatları”) beynəlxalq jurnalının növbəti nömrəsi ingilis dilində nəşrə hazırlanır.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, jurnal ötən ildən etibarən ildə iki dəfə çap olunur.
Dərginin nəşrində məqsəd radiasiya tədqiqatları sahəsindəki son elmi nailiyyətlərin müzakirəsi, aktual istiqamətlərin müəyyənləşdirilməsi, respublikamızda və dünyada radiasiya tədqiqatları sahəsində alınmış son nailiyyətlərin elmi ictimaiyyətə çatdırılmasıdır.
Jurnal online və çap olunmuş variantda buraxılır.