DÜNYA


Beynəlxalq kinofestivalın açılışını məşhur aktyor Robert De Niro edib

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində 22-ci beynəlxalq kinofestival öz işinə başlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, festivalın açılışını məşhur aktyor Robert De Niro edib. Ona kinematoqrafiyada qazandığı uğurlara görə xüsusi mükafat da verilib. Kinofestivalda Robert De Niro rejissor Martin Skorsezenin "Taksist" filminin yenidən işlənmiş versiyasını təqdim edib.

Sarayevoda keçirilən kinofestivalı yüksək qiymətləndirən De Niro onu "təhlükəli zamanlarda yaranan və incəsənət və insanlıq vasitəsi ilə müharibəyə qarşı silah" adlandırıb.

Qeyd edək ki, beynəlxalq kinofestival avqustun 20-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.