ELM VƏ TƏHSİL


Beynəlxalq konfrans xalqların milli özünüdərk və özünütəsdiq prosesinə töhfə verəcək

Bakı, 1 iyun, AZƏRTAC

Bakıda “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, Qərb Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda dünyanın 10-dan artıq ölkəsindən, o cümlədən Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Misir, İsrail, Qazaxıstan və Özbəkistandan nümayəndələr, elmi tədqiqatçılar iştirak edirlər.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov konfransın mövzusunun aktuallığını qeyd edib. Böyük güclərin dünyada demokratiya adı altında dövlətlərin daxili işlərinə müdaxilə etdiklərini deyən nazir bildirib ki, konfrans xalqların milli özünüdərk və özünütəsdiq prosesinə töhfə verəcək.

Qərb Universitetinin rektoru, professor Andris Leitas konfransın proqramı barədə məlumat verib. Rektor qeyd edib ki, tədbirdə İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqların milli özünüdərk və özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin yaradılması və onların milli dövlət quruculuğu prosesinə təsiri, bu münaqişələrin beynəlxalq iqtisadi və mədəni inteqrasiyada əsas təhlükə olması ətrafında müzakirələr aparılacaq.

Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Azərbaycan xalqı öz milli mənəvi-dəyərlərini qoruyub saxlayıb. Nazir müavini Azərbaycanda dinindən, irqindən asılı olmayaraq dövlətin hər bir vətəndaşın təhsil almasına təminat verdiyini bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai və digər çıxış edənlər İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi yollarına dair fikirlərini bölüşüblər.

Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirib.

İyunun 2-dək davam edəcək konfransda mövzu ilə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.