ELM VƏ TƏHSİL


Beynəlxalq konfransda Azərbaycan aliminin nəzəriyyəsi mühüm elmi nəticə kimi qiymətləndirilib

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev Taras Şevçenko adına Kiyev Milli Universitetində keçirilmiş “Geoinformatika-2017: Nəzəri və tətbiqi aspektlər” adlı XV beynəlxalq konfransda “Yerin daxili bərk nüvəsi haqqında” mövzusunda plenar məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzə Azərbaycan aliminin son illər ərzində Yerin daxili strukturu və onun dinamik təkamülü haqqında aldığı yeni elmi nəticələrə həsr olunub. Alimin irəli sürdüyü geomexanika nəzəriyyəsi əsasında göstərilib ki, Yerin daxili struktur parametrləri geologiya və geofizika elmlərində hazırda qəbul olunmuş elmi mövqelərdən ciddi fərqlənir. Belə ki, Yerin daxili bərk nüvəsinin elastik parametrləri bərk cism mexanikasının tələblərinə uyğun olmadığı isbat edilib və beləliklə, bu strukturun varlığı şübhə altına alınıb. Azərbaycan aliminin məruzəsi böyük maraq doğurub, alınmış nəticələrin geologiya və geofizika istiqamətlərində mühüm elmi nəticə olduğu qeyd olunub.

Konfransda Rusiya, Norveç, Avstriya, Türkiyə, Ukrayna, Qazaxıstan və digər ölkələrin alimlərinin geoinformatikanın müxtəlif sahələri üzrə elmi məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.