MƏDƏNİYYƏT


Beynəlxalq konfransda Azərbaycanda bərpa işi barədə məlumat verilib

Bakı, 16 iyun, AZƏRTAC

Ukraynanın Kiyev–Peçorsk Milli Tarixi Mədəni Qoruğunun təşkilatçılığı ilə Ukrayna Bərpaçılar Forumu və forum çərçivəsində “Muzey və bərpa işi mədəni irsin mühafizəsi kontekstində: müasirliyin aktual çağırışları” adlı beynəlxalq konfrans keçirilib.

Forumun və konfransın keçirilməsində məqsəd muzeylərdə və şəxsi kolleksiyalarda mədəni irsin mühafizəsinin müasir vəziyyətinin problemlərini, tarixi abidələrin bərpasının təmin olunmasını və bərpa isinin inkişafının muzeyşünaslıq kontekstindən tədqiqini müzakirə etməkdən ibarətdir.

Forumla əlaqədar Kiyev–Peçorsk Milli Tarixi Mədəni Qoruğunun baş direktoru Lyubomir Mixaylina tərəfindən dəvət alan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova həmin konfransda iştirak edib.

Bərpa Mərkəzindən AZƏRTAC-a bildirilib ki, forum müddətində Z.Məlikova Ukraynanın Kiyev-Peçorsk Milli Tarixi Mədəni Qoruğunun və bərpa müəssisələrinin, laboratoriyalarının iş təcrübəsi ilə yaxından tanış olub, foruma qatılan Litva, Yunanıstan, Polşa kimi bir sıra ölkələrin bərpa sahəsində beynəlxalq təcrübəli ekspertləri ilə təcrübə mübadiləsi aparıb və bir sıra görüşlər keçirib.

Forum iştirakçılarına Azərbaycanda bərpa işinin tarixi və inkişafı barədə məlumat verən Zərifə Məlikova bu il yaranmasının 60 illiyini qeyd edən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin fəaliyyətini əks etdirən buklet və açıqcaları qonaqlara təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.