ELM VƏ TƏHSİL


Beynəlxalq konfransda İmadəddin Nəsiminin zəngin irsi araşdırılacaq

Bakı, 20 iyun, AZƏRTAC 

İyunun 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Nəsimi-600” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq konfransda dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni və əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsi araşdırılacaq, ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs olunacaq.

Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünə həsr olunan konfransın təşkilatçısı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.