ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda Xəzər dənizinin ekoloji problemləri müzakirə edilib
Bakı, 31 oktyabr, AZƏRTAC
Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində “Xəzər dənizi: keçmişi, bu günü, gələcəyi” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Dağıstan Elmlər Akademiyasının və Dağıstan Dövlət Universitetinin təşkilatçılığı ilə reallaşdırılan tədbirdə Xəzər dənizinin ekoloji problemləri və ekosistemdə baş verən dəyişikliklərin araşdırılması və bu sahədə elmi layihənin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq konfransda bu elm müəssisəsinin direktoru, akademik Məmməd Salmanov “Xəzər dənizində adalar ətrafındakı akvatoriyanın ekologiyası” mövzusunda məruzə edib.