MƏDƏNİYYƏT


Beynəlxalq konfransın iştirakçıları “Ölülər” tamaşasına baxıblar

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

IV Bakı Beynəlxalq Teatr Konfransının iştirakçıları Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya baxıblar.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ikihissəli tamaşa teatrın direktoru və bədii rəhbəri, Xalq Artisti Azərpaşa Nemətin quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.

Tamaşada baş rolları Xalq Artisti Nurəddin Mehdixanlı (Şeyx Nəsrullah) və Anar Heybətov (Kefli İsgəndər) oynayırlar. Digər rollarda Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov və başqaları çıxış edirlər. Səhnə əsərinin bədii tərtibatı da Azərpaşa Nemətə məxsusdur.

Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət aktyorların ifasında özünəməxsus çalarlarla açılıb. Yaradıcı heyət Cəlil Məmmədquluzadənin ölməz əsərinin ruhunu, bir əsr əvvəlki mövhumat və cahilliyin dramatik lövhələrini dolğun təcəssüm etdirə bilib.

Tamaşa əcnəbi və yerli izləyicilər tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.