MƏDƏNİYYƏT
Beynəlxalq mədəniyyət, incəsənət və folklor konfransı
![Beynəlxalq mədəniyyət, incəsənət və folklor konfransı](/files/2015/1/1200x630/142436412157639149_1200x630.jpg)
Bakı, 19 fevral, AZƏRTAC
Aprelin 23-dən 27-dək Rusiyanın Rostov-Don şəhərində Cənubi Federal Universiteti (Rusiya), Səlcuq Universiteti (Türkiyə) və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Azərbaycan) birgə təşkilatçılığı ilə Beynəlxalq mədəniyyət, incəsənət və folklor konfransı keçiriləcək. Tədbir çərçivəsində “Türk-rus incəsənəti sərgisi” də təşkil olunacaq.
“MİRAS” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, konfransda elm və mədəniyyət sahəsində araşdırmalar aparan bütün tədqiqatçılar iştirak edə bilərlər.
Maraqlananlar konfrans üçün tezisləri və sərgi üçün müraciətləri martın 15-dək, məqalələri isə aprelin 24-dək göndərməlidirlər.
Ətraflı məlumatı [email protected] elektron ünvanı vasitəsilə və ya www.miras.az internet səhifəsindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [20:40]
Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ
- 28.06.2024 [17:51]
Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!
- 28.06.2024 [16:42]
Azərbaycan Ümumdünya Parfümeriya Konqresində təmsil olunub VİDEO
- 28.06.2024 [12:12]
"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir
- 28.06.2024 [12:09]
“Xeyir xəbər” tamaşasının premyerası keçirilib
- 28.06.2024 [11:55]