SİYASƏT
Beynəlxalq müşahidəçi David Morris: Səsvermənin təşkili metodologiyasını yüksək qiymətləndirirəm
Bakı, 26 sentyabr, Əsəd Məmmədov, AZƏRTAC
Gün ərzində bir neçə seçki məntəqəsində olacağıq. Səsvermə prosesinin təşkili metodologiyasını çox yüksək qiymətləndirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə keçirilən referendum prosesini müşahidə edən Böyük Britaniya parlamentinin üzvü David Morris deyib.
Britaniyalı deputat qeyd edib ki, istənilən demokratik proses çox yaxşı qarşılanır. Əminəm ki, səsvermə prosesi demokratik şəraitdə keçəcək. Biz müşahidələrimizi başa çatdırdıqdan sonra fikirlərimizi bildirəcəyik.