REGİONLAR


Beynəlxalq müşahidəçi: İnsanlara öz seçimlərini sərbəst ifadə etmək üçün lazımi şərait yaradılıb

A+ A

Sumqayıt, 26 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Seçkilərə nəzarət üzrə Avropa Akademiyasının Rumıniyadan olan nümayəndəsi Dobra Dorin-Mircea sentyabrın 26-da Sumqayıtdakı seçki məntəqələrində ümumxalq səsverməsini izləyib.

Gün ərzində şəhərin bir neçə seçki məntəqəsində səsvermənin gedişi ilə tanış olan beynəlxalq müşahidəçi AZƏRTAC–ın müxbiri ilə söhbətində referendumun təşkili ilə bağlı məsələlərin həllindən razılığını ifadə edib: “İnsanlara öz seçimlərini sərbəst ifadə etmək üçün lazımi şərait yaradılıb. Hiss olunur ki, seçicilər Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı qabaqcadan məlumatlandırılıblar. Ona görə səsvermə prosesi mütəşəkkil keçir. İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam”.

Qeyd edək ki, Sumqayıtda təşkil olunan seçki məntəqələrinin önündə “Rəy” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və “LS” Araşdırma Mərkəzi “exit-poll” keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.