Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Beynəlxalq qurumlar Azərbaycanda miqrantların hüquqlarının müdafiəsi sahəsində nailiyyətləri yüksək qiymətləndirir

Bakı, 19 aprel, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 18-də və 19-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Miqrasiya üzrə Beynəlxalq Dialoqu çərçivəsində “2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət istiqamətində beynəlxalq əməkdaşlığın və idarəetmənin gücləndirilməsi” mövzusunda tədbirdə iştirak etmək məqsədilə Nyu-Yorkda səfərdədir.

DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xidmət rəisi səfər çərçivəsində BMqT-nin baş direktoru Uilyam Leysi Svinq ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası Hökuməti ilə BMqT arasında əlaqələrin genişləndirilməsində göstərdiyi xidmətlərə görə Uilyam Leysi Svinqin “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə təltif edildiyi diqqətə çatdırılıb.

F.Nəbiyev medalı BMqT-nin baş direktorunda təqdim edib.

U.L.Svinq Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10 illiyi münasibətilə Azərbaycanın miqrasiya orqanları əməkdaşlarının ünvanına xoş sözlər və səmimi təbriklərini söyləyib. O, ötən dövr ərzində DMX ilə əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib, Azərbaycanın miqrasiya idarəçiliyi modelini bir daha yüksək qiymətləndirib. Baş direktor Azərbaycan dövlətinin multikultural dəyərlərə önəm verən tolerant ölkə kimi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu deyib.

F.Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətin, görülən işlərin nəticəsində ölkəmizdə miqrantların hüquqlarının müdafiəsi ilə bağlı əldə edilən nailiyyətlər bu gün beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Görüşdə miqrasiya ilə bağlı davamlı inkişaf hədəfləri, o cümlədən miqrasiya proseslərinə dövlətin və cəmiyyətin yanaşması, eləcə də təhlükəli vəziyyətdə olan miqrantların müdafiəsi üzrə miqrasiya idarəetməsinin gücləndirilməsi, əmək miqrasiyasının asanlaşdırılması, beynəlxalq standartlara uyğun qayıdış və reinteqrasiyanın təşkili, həmçinin təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın sadələşdirilməsi üzrə əməkdaşlıq və icra mexanizmləri kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

BMqT baş direktorunun rəsmi dəvəti əsasında Nyu-Yorkda “2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət istiqamətində beynəlxalq əməkdaşlığın və idarəetmənin gücləndirilməsi” mövzusunda tədbirdə iştirak edən Xidmət rəisi Firudin Nəbiyev “Təməldən yüksəliş: təkmil miqrasiya idarəçiliyi üçün vahid cəmiyyət yanaşmasının təşviqi” adlı paneldə çıxış edib.

Xidmət rəisi çıxışında miqrantları qəbul edən bəzi ölkələrdə islamafobiya meyillərinin artması və İslam dininin zorakılıq və terrorçuluqla eyniləşdirilməsi cəhdləri ilə bağlı dərin narahatlığını ifadə edib. Bununla belə xüsusi vurğulayıb ki, bu günə qədər Azərbaycanda miqrantlara münasibətdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusu qeydə alınmayıb.

Təhlükəsiz ölkələr sırasına daxil edilən Azərbaycanda bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirilməsinin respublikamızın beynəlxalq aləmdə artan nüfuzunun yeni mərhələyə qədəm qoymasından xəbər verdiyi bildirilib.

Qeyd edilib ki, bu gün ölkəmizdə turizm sektorunun yüksəliş dövrünü yaşaması və respublikamıza təşrif buyuran əcnəbilərin sayının ildən-ilə artması nəzərə alınaraq, ümumiyyətlə, dünyada miqrasiya proseslərinin intensivləşməsi fonunda Azərbaycanda bu proseslərin idarə edilməsi üçün təsirli tədbirlər görülür.

Bununla belə miqrasiya sahəsində ölkəmizin əsas tərəfdaşı kimi çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığın göstəricisi olaraq, ötən il “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişi”nin imzalanması diqqətə çatdırılıb. F.Nəbiyev Azərbaycanın bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində də ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığa həmişə açıq olduğunu xüsusi vurğulayıb.

Sonda miqrasiya üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, bu sahədə idarəetmənin gücləndirilməsinin və təkmil miqrasiya idarəçiliyi üçün vahid cəmiyyət yanaşmasının təşviqinin qarşıya qoyulmuş məqsədlərə daha tez çatmağa töhfə verə biləcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, Beynəlxalq Miqrasiya Təşkilatına üzv dövlətlər tərəfindən 2016-cı il sentyabrın 19-da qəbul olunan “Qaçqınlar və miqrantlar üçün Nyu-York Bəyannaməsi”nin II Əlavəsində 2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal razılığın qəbul olunması məqsəd kimi qarşıya qoyulub və bu məqsədə çatmaq üçün BMqT-nin əsas siyasi forumu olan Miqrasiya üçün Beynəlxalq Dialoq çərçivəsində müzakirələrin aparılması qərara alınıb. Cari il aprelin 18-də və 19-da keçirilən ilk tədbirdə miqrasiya sahəsində beynəlxalq idarəetmə və əməkdaşlığın müzakirə olunması nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu Devid Kemerona: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir - RƏY

Nizami rayonundakı şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

AMEA-da özbək ədəbiyyatı tarixinə dair monoqrafiya hazırlanır

AzMİU tələbəsi ABŞ-ın Kolumbiya Universitetində təhsil alacaq