MƏDƏNİYYƏT


Beynəlxalq rəqs müsabiqəsinin seçim mərhələsində yerli “Yurd” ansamblı Azərbaycan rəqslərini təqdim edib

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Cənubi Afrika Respublikasının (CAR) Pretoriya şəhərində “Dance Star” beynəlxalq rəqs müsabiqəsinin dünya turunun ölkə üzrə seçim mərhələsi keçirilib. Afrika qitəsinin ən böyük yarışması hesab olunan müsabiqənin seçim mərhələsində Yohannesburq şəhərində yaşayan azərbaycanlı xoreoqraf Azər Mirzəyevin bədii rəhbərliyi altında ölkəmizin CAR-dakı səfirliyinin nəzdində fəaliyyət göstərən “Yurd” rəqs ansamblı bir neçə milli və klassik rəqslərimizlə təmsil olunub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, cənubi afrikalı solistlərin “Lalələr” mahnısının sədaları altında ifa etdiyi rəqs nömrəsi münsiflər tərəfindən birinci yerə layiq görülüb və 2017-ci ildə Xorvatiyada təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb. Müsabiqədə, həmçinin “Min bir gecə” və “Yeddi gözəl” baletlərindən ifa edilmiş parçalar müxtəlif nominasiyalar üzrə mükafatçılar sırasına düşüb.

Qeyd edək ki, “Dance Star” beynəlxalq rəqs müsabiqəsinin 2017-ci ildə keçiriləcək final mərhələsində 50-dən çox dövləti təmsil edən 55 mindən çox rəqqas iştirak edəcək və növbəti dəfə də milli rəqslərimiz “Yurd” ansamblı tərəfindən müsabiqədə uğurla təbliğ olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.