Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Beynəlxalq seminarda kitabxana və təhsil müəssisələrinin müəllif hüquqları müzakirə edilir VİDEO

Bakı, 30 noyabr, K.Əliyeva, P.İmanova, AZƏRTAC

Noyabrın 30-da Bakıda “Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər” mövzusunda beynəlxalq seminar işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) birgə keçirdiyi tədbirdə DƏMT-in məsul şəxsləri, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, ABŞ və digər ölkələrdən əqli mülkiyyət üzrə ekspertlər iştirak edirlər.

Seminarda çıxış edən MHA-nın sədri Kamran İmanov tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, iki günlük seminarın məqsədi arxivlər, kitabxanalar, təhsil müəssisələri üçün müəllif hüquqları ilə bağlı istisnalar və məhdudiyyətlər üzrə təcrübələri müzakirə etmək, DƏMT-ə üzv dövlətlər tərəfindən bu məsələ ilə bağlı beynəlxalq müqavilə hazırlanması işinə dəstək verməkdir.

DƏMT-nin keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə departamentinin müdiri xanım Saule Tlevlessova müəllif hüquqlarının qorunmasının vacibliyini vurğulayıb, təmsil etdiyi qurumun bu sahədə gördüyü işlərdən danışıb.

Daha sonra yerli və beynəlxalq ekspertlərin mövzu ilə bağlı məruzələri dinlənilib.

K.İmanov “Müəllif-hüquq islahatı: istisnalar və məhdudiyyətlər” mövzusunda məruzə ilə çıxış edib. MHA-nın sədri seminarın Bakıda keçirilməsini Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın müəllif-hüquq sisteminin inkişafının təzahürü və bunun beynəlxalq strukturlar tərəfindən etirafı, gələcək nailiyyətlərə dəstək verməsi kimi dəyərləndirib.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və Prezident İlham Əliyevin düşünülmüş davamlı siyasətinin nəticəsi olaraq Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş nümunəvi sistemlər sırasında qəbul edilib. Bu sistemin dövlətimizin başçısı tərəfindən imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında özünəməxsus yeri var. Əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilib və həmin unikal sənədin altı bəndində əqli mülkiyyət sistemi qarşısında qoyulmuş mühüm vəzifələr əksini tapıb.

K.İmanov bildirib ki, əlifba və çap sözünün, müəllifliyin və müəlliflik hüququnun, əlyazma və kitabların, daş kitabələrin və kitabxanaların tarixi əslində bəşəriyyətin tarixidir və Azərbaycan bunların zəngin nümunələri ilə səciyyələnir. Zaman keçdikcə yazıların ibtidai-təbii-anonim forması müəlliflik şəxsiyyəti ilə əvəz olunmağa başlayıb, şifahi xalq yaradıcılığı, folklor nümunələrinin yazıya alınması ilə yanaşı, öz müəlliflərinin adlarını qoruyub saxlayan əsərlər də meydana çıxıb. Azərbaycanlı müəlliflər – ozan-aşıqlar öz müəllifliklərini əbədiləşdirməyin bütün Şərqə yayılan orijinal şəxsi hüquqların qorunması formasını tapıblar və yaradıcının əsl adı və ya təxəllüsü şerin – nəğmənin son beyti olan “tapşırma”ya salınıb.

Məruzəçi qeyd edib ki, Şərqdə intibah dövrü sayılan XI-XII əsrlər Azərbaycanın kitab mədəniyyətində ən maraqlı dövr olub və burada dahi Nizaminin rolu danılmazdır. Gözəl xəttat və məşhur ustad olan şair doğma Gəncə şəhərini əlyazma kitab emalatxanalarına və kitabxanalarına çevirərək, evlərdə şəxsi kitabxanaların yaranmasına böyük təkan verib. Həmin dövrdən etibarən kitabxanaların sayı artmağa başlayıb. Azərbaycanın XI əsrdə görkəmli kitabsevəri, kitabın inkişafında misilsiz xidməti olan şəxsiyyəti Xətib Təbrizidir. Təbrizdə zəngin kitabxanası olan bu şəxs Bağdada köçdükdən sonra təhsil ocağında ədəbiyyat kafedrasına rəhbərlik etmişdi. Kitab nümunələrinin toplanmasında dahi Nəsirəddin Tusinin də misilsiz əməyi var. XIII-XIV əsrlərdə Elxanilər dövlətinin vəziri olan F.Rəşidəddin dörd hökmdarın dövründə təhsilin və kitab sərvətinin inkişafına rəhbərlik edib, Təbriz, Qazaniyyə və başqa şəhərlərdə bir çox kitabxanalar yaradıb. O, Təbrizin şimal-qərbində yerləşən və özünün adı ilə adlanan Rəşidiyyə şəhərciyində iki kitabxana və Azərbaycanın tərkibində kitabxanası olan ilk universitetini açıb ki, burada mindən çox kitab toplamışdı.

Orta əsrlərdə Azərbaycan saray kitabxanaları ilə də məşhur olduğunu xatırladan K.İmanov bildirib ki, Şah İsmayıl Xətai tərəfindən yaradılan Təbriz saray kitabxanası haqqında xüsusi dövlət fərmanı imzalanmış, Ərdəbildəki Şeyx Səfi rəsədxanasında dini kitabxana, bir sıra elmi kitabxanalar qurulmuşdu. Marağa rəsədxanasının elmi kitabxanasının (XIII əsr) 400 mindən çox kitabdan ibarət zəngin fondu var idi. XV əsrdə çap üsulunu kəşf edilməsi, Azərbaycanın Ağqoyunlu və Səfəvilər dövlətlərinin Qərbi Avropa ölkələri, xüsusilə də Venetsiya ilə xarici əlaqələri sayəsində 1594-cü ildə Romada “Mediçi” məntəqəsində ilk azərbaycanlı müəllifin kitabı çap üsulu ilə nəşr olunmuşdu. Bu, Nəsrəddin Tusinin XIX əsrin sonlarınadək Asiya və Şərq ölkələrində həndəsə və cəbr fənləri üzrə ən yaxşı dərslik hesab edilən və əlyazması şəklində hələ 1248-ci ildən mövcud olan “Təhriri-İqlidis” əsəri idi.

Beləliklə, Prezident İlham Əliyevin dediyi kimi, “Ölkəmiz qədim dövrdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır”.

Məruzədə vurğulanıb ki, Kitabxana Assosiasiyaları Beynəlxalq Federasiyasının (IFLA) məlumatına əsasən, hazırda dünyada 600 mindən çox kitabxana fəaliyyət göstərir (440 mini Avropada), burada 800 mindən çox insan çalışır (o cümlədən 330 mini Avropada) və kitabxanaların saxlanmasına 8,7 trilyon ABŞ dollarından çox vəsait xərclənir. Kitabxanalar həqiqi mənada ən dəyərli informasiya mənbəyinə çevrilib, burada 20 milyarddan çox kitab, 1,5 milyard microfilm və 10 milyarddan çox dövri nəşr vahidi saxlanılır (onların 16 milyard qorunan vahidi Avropadadır), abonentlərin sayı təqribən 2,5 milyarddır (Avropada – 1,8 milyard) və ildə sifarişlərlə bağlı 1,5 trilyon əməliyyat aparılır.

Dünyada orta hesabla hər min nəfərə təqribən 835 kitab düşür. Maraqlıdır ki, seminarda iştirak edən region dövlətləri (Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan) üzrə həmin göstəricisi təxminən 500 dəfə artıqdır. Rəqəmsal zamanın müsbət meyillərinə uyğun olaraq, kitabxanalar elektronlaşdırılır və virtual məkanda fəaliyyət göstərir.

Azərbaycanda 2007-ci ildə 12 min kitabxana var idi və həyata keçirilən birləşmə nəticəsində hazırda üç mindən artıq kitabxana fəaliyyət göstərir. Təkcə Milli Kitabxanada, 2013-cü ilin məlumatına əsasən, oxucuların sayı 75 mindən çox, istifadəçilərin sayı 156 min, virtual istifadəçilərin sayı isə 555 minə yaxın olub. Elektron kataloqu olan kitabxanaların sayı 50-ni ötüb, altı ən böyük kitabxananın birləşmiş fondlarında 78 mindən artıq kitabın təsviri var. Azərbaycan ədəbiyyatı virtual kitabxanasında beş min kitab cəmləşib və bu iş davam etdirilir.

K.İmanov deyib ki, kitabxanalar üçün müəllif hüququnda istisnalara yalnız kitabxanalara üstünlük, cəmiyyətə hörmət mövqeyindən baxmaq düzgün olmazdı. Buna ilk növbədə Copyright-sistemi islahatının ayrılmaz hissəsi kimi yanaşmaq lazımdır. Çünki müəllif-hüquq obyektləri açılmış biliklərdən yaranır və yeni biliklərlə tamamlanır. Kitabxanalar isə biliklərin ən qüdrətli və həcmli xəzinələridir.

MHA-nın sədri Azərbaycanın müəllif-hüquq sahəsinin gələcəyinə aid Konsepsiyanın bilavasitə icrası ilə bağlı əsas götürülən prinsiplərdən və görülən işlərdən də söz açıb. Qeyd olunub ki, müəlliflik hüququ, əqli mülkiyyət mədəni hüquqların tərkib hissəsidir. Mədəni hüquqlar isə bizi başlanğıcdan sonadək müşayiət edən mədəni ənənələri yaşadır. Bu ənənələrdə etnosun həm təbii-bioloji, həm də yaradıcı-mənəvi gücü təbiətlə, doğma torpaqla bağlıdır. “Böyük Ermənistan” xülyası ilə yaşayan bədnam qonşularımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızı zəbt edib, ərazi iddialarını “əsaslandırmaq” məqsədi ilə maddi və qeyri-maddi mədəni irsimiz təcavüzkar tərəfindən xüsusi qəddarlıq və həyasızlıqla talan və məhv edilir. Ermənistanın işğal etdiyi ərazilərdə 13 dünya əhəmiyyətli, 292 milli əhəmiyyətli, həmçinin 330 yerli əhəmiyyətli abidə dağıdılıb və ya istifadəyə yararsız hala salınıb. 804 qəbiristanlıq və 10 məscid talan və təhqir edilib, 40 min eksponatın saxlandığı 22 muzey və dörd rəsm qalereyası vəhşicəsinə yerlə-yeksan olunub. Dağıdılmış və yandırılmış 927 kitabxanada 4,6 milyon nüsxə kitab və qiymətli əlyazmalar məhv edilib.

Ədalətsizliklə qarşılaşan Azərbaycan isə nəsillər boyu yaşayan tolerantlıq ənənəsini qoruyub saxlayır.

Prezident İlham Əliyev Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı nitqində deyib: “...hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir... Əlbəttə, bunun üçün ənənə lazımdır, eyni zamanda dövlət siyasəti lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur”. Azərbaycan dövlətinin və xüsusən Heydər Əliyev Fondunun fəaliyyətində bu məsələlər başlıca yer tutur.

K.İmanov bildirib ki, Azərbaycanda multikulturalizm qədim diyarımızda tarixən yaşayan bütün insanlar tərəfindən dəstəklənən ənənə və həyat tərzidir. Bu ölkədə yaşayan bütün xalqlar Azərbaycan millətinin tərkibinə daxildir və onların hamısı azərbaycanlılardır.

Noyabrın 26-da Bakıda ISESCO-nun Baş Konfransının XII sessiyasının açılışında Prezident İlham Əliyevin dediyi kimi, “Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var... multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilik, diskriminasiya, islamofobiya və ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz...”.

Daha sonra DƏMT-in hüquq bölməsinin məsləhətçisi Rafael Ferraz Vazquezin “Kitabxanalar və müəllif hüququnun beynəlxalq hüquqi çərçivəsi”, əqli mülkiyyət üzrə beynəlxalq ekspert Baljid Dashdelegin “Müəllif hüququ və kitabxanalar: cari mövzular”, ABŞ-ın Kolumbiya Universitetinin professoru Kennet Kruzanın “Kitabxanalar və arxivlər üçün müəllif hüququna istisnalar və məhdudiyyətlər üzrə araşdırma” və digər mövzularda məruzələr dinlənilib.

Beynəlxalq seminar işini dekabrın 1-də davam etdirəcək.

Beynəlxalq seminarda kitabxana və təhsil müəssisələrinin müəllif hüquqları müzakirə edilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındaki rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq