SİYASƏT


Beynəlxalq sülhməramlı əməliyyatlarda maddi-texniki təminat mövzusunda seminar keçirilir

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

ABŞ-ın Oklahoma Milli Qvardiyasının mobil təlim qrupu tərəfindən “Beynəlxalq sülhməramlı əməliyyatlarda maddi-texniki təminat üzrə tələbatlar” mövzusunda seminar keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi Azərbaycan zabitlərini beynəlxalq sülhməramlı əməliyyatlarda NATO kontingentlərinin qarşılaşdığı maddi-texniki təminat tələbatları və qarşıda duran çağırışlarla bağlı məlumatlandırmaqdır.

Seminar müddətində mobil təlim qrupu tərəfindən ABŞ və NATO ordularında tətbiq olunan maddi-texniki təminat şəbəkəsi (MTT) sistemləri, əməliyyat zonasına çıxmamışdan əvvəl MTT ilə bağlı hazırlıq tapşırıqları, NATO kontingentinin əməliyyat zonasına çıxışı zamanı çoxeşelonlu MTT dəstəyinin tələbatları, NATO çevik həmlə qüvvələrinin əməliyyat zonasına çıxışının planlaşdırılmasında qarşıda duran məsələlər və digər mövzularla bağlı məlumatlar verilir, müzakirələr aparılır.

Seminar avqustun 19-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.