ELM VƏ TƏHSİL
“Beynəlxalq torpaq və tətbiqi elmlər” mövzusunda konfrans keçiriləcək
Bakı, 2 fevral, AZƏRTAC
Türkiyənin Səlcuq Universitetinin professorları Fərrux Yıldız və Ekrəm Tuşat Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyevlə görüşüblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə 2018-ci ildə Səlcuq Universitetinin və AMEA-nın birgə təşkilatçılığı ilə reallaşdırılacaq “Beynəlxalq torpaq və tətbiqi elmlər” mövzusunda konfransın təşkilati məsələləri müzakirə olunub.
Konfransın keçirilməsinin əsas məqsədi hər iki ölkə arasında elm və texnika sahəsində işbirliyinin, ortaq layihələrin genişləndirilməsidir. Beynəlxalq tədbirdə Türk dünyasından, MDB və Avropa ölkələrindən elm adamları iştirak edəcəklər.