İDMAN


Beynəlxalq turnirdə Azərbaycanın 9 boksçusu finala yüksəlib

Bakı, 14 iyun, AZƏRTAC 

Naxçıvanda təşkil edilən yeniyetmələr arasında boks üzrə “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, həlledici mərhələyə Azərbaycan millisinin 9 boksçusu vəsiqə qazanıb. On üç çəki dərəcəsində keçiriləcək finallarda Gürcüstan 5, Özbəkistan və Qazaxıstan hərəyə 4, Macarıstan, Ukrayna, Qırğızıstan, həmçinin yarışa son anda qatılan Rusiya hərəyə 1 idmançı ilə təmsil olunacaq.

Yarımfinal mərhələsində məğlub olan boksçular isə bürünc medalla kifayətləniblər. Turnirdə 2 komanda ilə çıxış edən yığmamızın aktivinə artıq 10 belə mükafat yazılıb. Ukrayna və Qazaxıstanın hərəyə 5 idmançısı finala vəsiqə qazana bilməyib. Onlarla yanaşı, Naxçıvandan Qırğızıstanın 3, Özbəkistanın 2 və Gürcüstanın 1 bürünc medalla ayrılacağı da dəqiqləşib.

Qeyd edək ki, turnirdə İran millisinin heç bir boksçusu mükafatçılar sırasına düşə bilməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.