İDMAN
Beynəlxalq turnirdə qalib gələn idmançı ilə görüş keçirilib
Bakı, 13 iyun, AZƏRTAC
Almaniyanın Herni şəhərində kikboksinqin K-1 versiyası üzrə “Fight Vision Europe” beynəlxalq turnirində qalib gələn təmsilçimiz Şikar Bədəlov ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Ş.Bədəlov reytinq xarakterli yarışda 13 ölkədən 26 idmançının iştirak etdiyini bildirib. O, turnirdə 75 kiloqram çəki dərəcəsində mübarizə apardığı almaniyalı rəqibi ilə görüşdə qazandığı qələbədən danışıb.
Məşqçisi Kənan Mehdiyev isə Ş.Bədəlovun yarışa hazırlıq prosesi barədə məlumat verib, göstərilən dəstəyə görə Azərbaycan Kikboksinq Federasiyasının minnətdarlığını bildirib.
Ş.Bədəlov bundan əvvəl Almaniyada keçirilən reytinq xarakterli “Qəhrəmanların döyüşü” yarışında da qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:22]
Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib
- 29.03.2024 [18:08]
Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar
- 29.03.2024 [17:38]
Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb
- 29.03.2024 [16:52]
“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]