İQTİSADİYYAT


Beynəlxalq yükdaşımaları həyata keçirən sürücülərin Rusiya ərazisində qalma müddəti artırılır

A+ A

Bakı, 20 oktyabr, Elvin Camalov, AZƏRTAC

Beynəlxalq yükdaşımaları həyata keçirən sürücülərin Rusiya ərazisində qalma müddəti 30 gün artırıla bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin daşımaların tənzimlənməsi şöbəsinin beynəlxalq əməkdaşlıq sektorunun müdiri Hidayət Aslanov deyib.

O bildirib ki, Rusiya ərazisində altı ay ərzində 90 gün müddətindən artıq qalan vətəndaşlarımız Rusiyadan 3 il müddətinə deportasiya edilir. Biz Rusiya dövləti qarşısında bu müddətin beynəlxalq yük daşımaları həyata keçirən sürücülər üçün uzadılması məsələsini qaldırmışıq.

H.Aslanovun sözlərinə görə, Rusiya tərəfi bu müddətin 120 günə qədər artırılması barədə razılıq verib. Hazırda bunun tətbiqi mexanizmi araşdırılır. Qarşıda duran problem isə sürücünün adi vətəndaşdan necə fərqləndirilməsi məsələsidir.

“Azərbaycanla Rusiya arasında vizasız gediş-gəliş haqqında saziş var. Bu sazişə uyğun olaraq əlavə maddə təklif olunur ki, bu da sazişin beynəlxalq yükdaşımalarında iştirak edən sürücülərə şamil olunmamasıdır. Hazırda 150 nəfər beynəlxalq yükdaşımaları həyata keçirən sürücü var ki, deportasiya olunub. Bu ümumi sürücülərin 20 faizini təşkil edir. Qərar qəbul olunandan sonra isə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Rusiyanın Daxili İşlər Nazirliyinə müraciəti əsasında deportasiya qərarı sürücülərin üzərindən götürülə bilər”, - deyə H.Aslanov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.