DÜNYA


Beyrutda beynəlxalq incəsənət sərgisi açılıb

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Livanın paytaxtı Beyrutda 7-ci Beynəlxalq Beyrut İncəsənət Sərgisinin açılışı olub.

Anadolu xəbər agentliyinin məlumatına görə, sərgiyə, Yaxın Şərq və Şimali Afrikanın 20 ölkəsindən 300-dək rəssam qatılıb. Sərginin ekspozisiyasında 1500 sənət əsəri nümayiş olunur. Sərgidə, həmçinin müasir mövzulu əsərlərlə yanaşı, ölkələrin tarixini əks etdirən sənət əsərləri də yer alıb.

Plastik sənətlər və fotoların da nümayiş olunduğu sərgi sentyabrın 18-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.