Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Şükran Səttar oğlu Maqsudov 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.

2. Telman Qəhrəman oğlu Quliyev 37 saylı Nizami birinci (Gəncə), Mətanət Vaqif qızı Duraxanova 55 saylı Xaçmaz şəhər, Bəhruz Famil oğlu Əmirov 80 saylı İmişli – Beyləqan, Məzahir Hümbət oğlu Süleymanov 104 saylı Gədəbəy – Tovuz, Seymur Şirvan oğlu Əliyev 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin