Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Abış Rasim oğlu Hacıyevin səlahiyyətlərinə 2015-ci il noyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yekunları təsdiq edilənədək müvəqqəti xitam verilsin.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin