RƏSMİ SƏNƏDLƏR


Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

A+ A

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Təbiyyət Yədulla oğlu Əkpərov 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, Vüqar İsa oğlu Mürsəlov 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Yalçın Əziz oğlu Nuriyev 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, Cavid İlqar oğlu Əhmədov 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr             Məzahir Pənahov

Katib           Arifə Muxtarova

Katib           Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır