Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bəzi işəgötürənlər əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə biganə münasibət göstərir

Bakı, 27 aprel, AZƏRTAC

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə nazirliyin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə BƏT-in təşəbbüsü ilə 2003-cü ildən etibarən 28 Aprel gününün Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edildiyini, əsas məqsədin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimaiyyətinin diqqətinin artırılması olduğunu vurğulayıb: “BƏT-in statistikasına əsasən, hər il dünyada istehsalat qəzalarının təxminən 2,34 milyon nəfər insanın həlak olmasına, 160 milyondan çox insanın peşə xəstəliyinə məruz qalmasına, digər tərəfdən, bu qəzaların dünya üzrə ÜDM-in 4 faizinin, yaxud 2,8 trln. ABŞ dollarının itirilməsinə səbəb olduğunu nəzərə aldıqda, əməyin təhlükəsizliyi məsələsinin vacibliyi bir daha aydın olur”.

F.Əlizadə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam işləmək hüququnun təsbit olunduğunu, sonralar qəbul edilmiş Əmək Məcəlləsində, eləcə də müvafiq normativ-hüquqi aktlarda əməyin mühafizəsi ilə bağlı hüquqi əsasların formalaşdığını diqqətə çatdırıb. Xidmət rəisi Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ilk növbədə ölkə vətəndaşının sosial firavanlığının, hər bir insanın layiqli iş və yaşayış şəraitinin təmin olunması məqsədinə xidmət etdiyini vurğulayıb.

Əmək Məcəlləsinin 207-239-cu maddələrinin əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə aid olduğunu diqqətə çatdıran F.Əlizadə qeyd edib ki, Məcəllənin bu maddələrinə uyğun olaraq, texniki təhlükəsizlik, əməyin gigiyenası, sanitariya, müalicə-profilaktika məsələlərinə dair çoxsaylı qanunvericilik aktları da qəbul edilib: “Əmək Məcəlləsində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə iş yerlərinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik işəgötürənin üzərinə qoyulur. Lakin əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına, eyni zamanda əməyin mühafizəsi üzrə xidmətin yaradılmasına bəzi işəgötürənlər tərəfindən bir sıra hallarda biganə münasibət özünü göstərir. Bu biganə münasibət istehsal qəzalarının baş verməsinə və onların nəticəsində işçilərin həyatını və ya sağlamlığını itirməsinə səbəb olur. Cari ilin ilk rübündə də Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb ki, həmin bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb. Təhqiqat işləri aparılarkən bu qəzaların da məhz əməyin mühafizəsi tələblərinin yerinə yetirilməməsi səbəbindən baş verdiyi müəyyən olunub. Ona görə də hər bir işəgötürən əməyin mühafizəsinin idarə olunması məsələsinə xüsusi diqqət yetirməlidir”.

Əməyin mühafizəsi sahəsində işəgötürənlərin, habelə işçilərin vəzifələri barədə məlumat verən F.Əlizadə bildirib ki, qabaqcıl dünya təcrübəsinə əsasən, müəssisədə əməyin mühafizəsinin yüksək səviyyədə təşkili sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bərabər, əməyin səmərəliliyinin artırılmasında, keyfiyyətli məhsul istehsalında da vacib şərtlərdən biri kimi qəbul olunub: “Əməyin mühafizəsinin təmin olunması və istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün ilk növbədə işəgötürənlər tərəfindən işə cəlb olunmuş bütün işçilərlə bağlanmış əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilməsi təmin olunmalıdır. MDB məkanında ilk dəfə olaraq 2014-cü ilin iyul ayında Azərbaycanda tətbiqinə başlanılan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi əmək hüquqlarının təminatına dövlət nəzarəti sahəsində müasir, çevik və şəffaf idarəetmə mexanizmi formalaşdırmaqla, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məsələlərinə də nəzarət imkanı verir”.

Xidmət rəisi işəgötürənlər tərəfindən əməyin mühafizəsi ilə bağlı görülməsi zəruri olan digər tədbirləri də diqqətə çatdırıb: “İşəgötürənlər zərərli və ağır sahələrdə qadın və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin qadağan olunması, bütün peşə və vəzifələr üzrə vəzifə və texniki təhlükəsizlik qaydaları barədə təlimatların hazırlanması və işçilərin tanış edilməsi, iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, normal əmək və istirahət şəraitinin yaradılması tədbirlərinin görülməsini təmin etməlidirlər. Onlar eyni zamanda yüksək təhlükə potensiallı iş sahələrində (həmçinin təhlükə yarana biləcək iş sahələrində) işə başlanmazdan əvvəl işin təhlükəsiz aparılmasına cavabdeh vəzifəli şəxs tərəfindən nəzarət-buraxılış verilməsi və onun icrasına daimi nəzarət edilməsi, işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, mütəmadi olaraq işçilərin bununla bağlı biliklərinin yoxlanması, istehsalatda bədbəxt hadisələr zamanı zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi barədə işçilərə xüsusi təlimatların keçilməsi, işçilərin ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçirilməsi, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsindən icbari sığorta edilməsi, iş yerlərinin texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi nişanları ilə təchiz olunması, işçilərin xüsusi iş geyimləri və fərdi mühafizə vasitələri ilə təmin edilməsi, həmçinin fərdi mühafizə vasitələrindən istifadə olunmasına xüsusi nəzarət edilməsi və s. kimi zəruri tədbirləri görməlidirlər”.

F.Əlizadə qeyd edib ki, bu ilki Ümumdünya Əməyin Mühafizəsi Gününün mövzusu “Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsidir”. BƏT tərəfindən bu mövzunun müəyyən olunması da təsadüfi deyil, çünki iş yerlərində peşə risklərinin qiymətləndirilməsində, istehsalatda baş verən bədbəxt hadisələrin və qəza hallarının qarşısının alınmasında əməyin mühafizəsinə dair məlumatların toplanması xüsusi önəm kəsb edir.

Xidmət rəisi Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar bu ay sosial tərəfdaşlarla birgə əməyin mühafizəsi məsələləri ilə bağlı keçirilən tədbirlər, habelə ötən dövrdə əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsi ilə bağlı işəgötürənlər arasında aparılan maarifləndirmə işləri barədə də məlumat verib.

Tədbirdə AHİK sədrinin müavini Cavanşir Alxasov istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normalara riayət olunması sahəsində həmkarlar təşkilatları tərəfindən görülən işləri və qarşıda duran vəzifələri diqqətə çatdırıb. ASK-nın vitse-prezidenti Vüqar Zeynalov iş yerlərində əməyin mühafizəsi norma və standartlarına əməl olunması ilə bağlı Konfederasiyanın işəgötürənlərlə apardığı işlərdən bəhs edib. BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev əməyin təhlükəsizliyinin təmin olunması ilə bağlı BƏT Konvensiyalarından irəli gələn tələbləri diqqətə çatdırıb, Təşkilatın bu sahədə səyləri daim dəstəklədiyini vurğulayıb. Ayrı-ayrı işəgötürənlərin nümayəndələri onlara məxsus müəssisələrdə əməyin təhlükəsizliyinin təmin olunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində görülən işlərə dair təqdimatlarla çıxış ediblər.

Tədbirdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub, bu sahədə fəaliyyətin daha səmərəli təşkili ilə bağlı təkliflər ifadə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO