İQTİSADİYYAT


Bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

A+ A

Bakı, 9 fevral, AZƏRTAC

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb. Nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, cari ilin fevral ayı ərzində dövlət standartına uyğun olaraq Bakı şəhərində yerləşən “Joyy Hotel & Spa” mehmanxanasına 4, Şabrandakı “Qalaaltı Hotel & Spa” mehmanxanasına isə 5 ulduz dərəcə sertifikatları verilib.

Qeyd edək ki, hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 127-ə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.