Bəzi “xruşşovka” tipli binalar müəyyən müddətdən sonra sökülə bilər
Bakı, 22 dekabr, Elvin Camalov, AZƏRTAC
İnsan həyatına təhlükə yaradan və şəhərin görüntüsünə ciddi xələl gətirən “xruşşovka” tipli binalar müəyyən müddətdən sonra sökülə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə açıqlamasında deyib.
Hazırlanan pilot layihələrdən danışan İ.İsbatov bildirib ki, binaların sökülməsi ilə bağlı pilot layihələrin əsas məqsədi əhalinin həyat şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin olunmasıdır. İkinci bir vacib məqsəd isə həmin binaların şəhərin görüntüsünə xələl gətirməsinin qarşısını almaqdır.
İ.İsbatovun sözlərinə görə, sökülməsi nəzərdə tutulan əsas tikililər - 1-2 mərtəbəli evlərdır. “Xruşşovka” tipli binalar da müəyyən müddətdən sonra sökülə bilər. Lakin, ilk növbədə, azmərtəbəli binalardan başlamaq lazımdır.
İ.İsbatov qeyd edib ki, hazırda bu pilot layihələr çərçivəsində Bakının Sabunçu, Binəqədi, Nəsimi, Yasamal, Xətai və Nizami rayonlarında söküntü işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]