İQTİSADİYYAT


“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisindəki yaşıllıq sahələrində mövsümi işlər görülür

Bakı, 17 sentyabr, AZƏRTAC

“Azneft” İstehsalat Birliyinin (İB) “Bibiheybətneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) mədən ərazisindəki yaşıllıq sahələrində mövsümi işlər görülür.

“Ekol Mühəndislik Xidmətləri” QSC-dən AZƏRTAC-a bildirilib ki, payız mövsümünün gəlişi ilə əlaqədar olaraq müəssisənin torpaqların rekultivasiyası departamenti (TRD) “Bibiheybətneft” NQÇİ-nin mədən ərazilərində aqrotexniki xidmət göstərdiyi yaşıllıq sahələrində mövsümi işlər görür. NQÇİ-nin mədən ərazisində mövsümi işlərlə əlaqədar, yaşıllıq sahəsindəki damcı suvarma sistemində profilaktiki təmiri, eləcə də ağacların diblərinin boşaldılması, bitkilərə gübrələrin verilməsi işləri yerinə yetirilir, sahələr alaq otlarından təmizlənir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.