MƏDƏNİYYƏT


“Big Bubble əməliyyatı” adlı ilk uşaq macəra filmi kinoteatrlarda nümayiş etdiriləcək

Bakı, 4 avqust, AZƏRTAC

“My Production” şirkətinin istehsalı olan “Big Bubble əməliyyatı” adlı ilk uşaq macəra filmini kiçikdən böyüyə hamı izləyə biləcək.

Bu barədə AZƏRTAC-a ekran əsərinin sərmayəçisi Elşən Əliyev məlumat verib.

“Hamının çoxdan gözlədiyi bu uşaq filmi tezliklə Azərbaycan kinoteatrlarında nümayiş olunacaq. Filmin ərsəyə gəlməsində təşkilati dəstək “Dəcəl balam” Ailə və Uşaq İnkişaf Mərkəzi və “Gənclərin töhfəsi” İctimai Birliyinə məxsusdur. Rejissor Teymur Nəcəfovun ekranlaşdırdığı filmdə iştirak edən uşaq aktyorlar “Dəcəl balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin üzvləridir”,- deyə E.Əliyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.