DÜNYA
Bild: Merkelin blokunun populyarlığı tarixi minimuma enib
Bakı, 11 oktyabr, AZƏRTAC
Angela Merkelin Bundestaqda “Xristian-demokratik ittifaqı” və “Xristian-sosial ittifaqı” partiyalarından ibarət bloku populyarlığa görə antirekord müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bild qəzeti Insa tədqiqat institutunun apardığı sorğunun nəticələrinə istinadla məlumat yayıb. Qəzetin yazdığına görə, bloku dəstəkləyənlərin sayı 29,5 faizə enib. Bu, blokun tarixində ən pis nəticədir. Insa, ümumilikdə, 2085 seçicinin rəyini öyrənib.
Analitiklərin fikrincə, bloka dəstəyin azalması federal kanslerin populyarlığını yeritdiyi miqrant siyasəti fonunda kəskin surətdə itirməyə başlaması ilə birbaşa bağlıdır. Bu siyasət nəticəsində Almaniyaya Suriyadan və digər ölkələrdən bir milyondan çox qaçqın gəlib.
2017-ci ildə Almaniyada parlament seçkiləri keçiriləcək və onun gedişində federal kansler də seçiləcək. Angela Merkelin seçkilərdə iştirak edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]