İQTİSADİYYAT


Biləcəri-Binəqədi avtomobil yolunda mayın 4-dən hərəkət məhdudlaşdırılacaq

Bakı, 4 may, AZƏRTAC

Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar, mayın 4-dən 5-nə keçən gecədən etibarən sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib.

Hərəkətin məhdudlaşdırılması 3 gün ərzində Biləcəri-Binəqədi magistralının “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək. Avtonəqliyyat vasitələri üçün sözügedən magistrala giriş, yol polisinin stasionar postuna düşən yolda yerləşən dairədən və Respublika Dövlət Yol Polisi İdarəsinin binasının yerləşdiyi ərazidən 4 yolun kəsişməsinə düşən küçədən tam olaraq bağlanacaq.

Həmçinin həmin kəsişmədən Biləcəri qəsəbəsinin mərkəzinə getmək də mümkün olmayacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində alternativ yollardan istifadə etməkləri tövsiyə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.