İDMAN


Biləcəridə stolüstü oyunlar üzrə rayon birincilikləri keçirilib

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

Biləcəri istirahət parkında vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə sakinlər arasında stolüstü oyunlar üzrə Binəqədi rayon birincilikləri keçirilib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, rayonda fəaliyyət göstərən bələdiyyələr, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin təşkilatçılığı ilə keçirilən birinciliklərdə, ümumilikdə 250 sakin dama, şahmat və nərd yarışlarında qüvvəsini sınayıb.

Yarışın mükafatçılarına Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.