REGİONLAR
Biləsuvar və Yevlax rayonlarının daha 2 kəndinə təbii qaz verilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Biləsuvar və Yevlax rayonlarının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvarın 67 abonentlik Arazbarı kəndinin qazlaşdırılması zamanı ümumilikdə 26 min 766 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyici ilə təmin olunublar.
Yevlax rayonunun 275 abonenti olan Əkşəm kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 18 min 171 metrlik boru xətləri çəkilib, 275 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
İctimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.