REGİONLAR


Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Biləsuvar, 20 iyun, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, gənclər və ictimaiyyət nümayəndələri Milli Qəhrəmanın doğulub böyüdüyü Əliabad kəndində onun ailə üzvləri ilə görüşüblər.

Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev görüşdə Mübariz İbrahimovun qısa, lakin şərəfli ömür yolundan söhbət açıb, torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaəti diqqətə çatdırıb.

Qeyd olunub ki, Tərtər istiqamətində xidmət edən Mübariz düşmən işğalında olan Çaylı kəndində erməni qərargahına girərək, 5 saat təkbaşına döyüşüb, elə bu ağır döyüşdə də qəhrəmancasına həlak olub. Vətən, torpaq sevgisi onu şəhidlik zirvəsinə ucaldıb.

Çıxış edənlər bildiriblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Mübarizin bu uca ada layiq görülməsi respublikamızın hər yerində igid Vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilən layiqli qiymət kimi qarşılanıb.

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Sonra Milli Qəhrəmana məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşə ilə tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.