REGİONLAR


Biləsuvarda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib

Biləsuvar, 18 mart, Mahir Babayev, AZƏRTAC

Ruzi, bərəkət rəmzi olan, özündə milli dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruzun gəlişi Biləsuvarda təntənə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, səməni və xonçalarla bəzədilən Heydər Əliyev parkında rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi, idmançıların nümunəvi çıxışları, məktəblilərin əl işləri, Novruza xas adət-ənənələr, milli mətbəximizin nümunələri tədbirin rəngarəngliyini daha da artırıb.

Kütləvi gəzintidən sonra rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev sakinləri bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Bayram tonqalının qalanması, baharın gəlişini xarakterizə edən adət-ənənələrin canlandırılması iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bahar qızın bayram təbriki, Kosa və Keçəlin maraqlı oyunları hər kəsdə xoş ovqat oyadıb.

Şənlik baharı vəsf edən nəğmələr, rəqs qruplarının ifaları, rayon bədii özfəaliyyət kollektivlərinin konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.