REGİONLAR


Biləsuvarın Əsgərabad kənd tam orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilib

A+ A

Biləsuvar, 4 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Oktyabrın 4-də Biləsuvarın Əsgərabad kənd tam orta məktəbinin binası əsaslı təmir və yenidənqurmadan sonra müəllim və şagirdlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə rayonun rəhbər işçiləri, idarə və müəssisə əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, valideynlər, kənd ağsaqqalları iştirak ediblər.

Mərasimdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov məktəbdə aparılan təmir işləri barədə məlumat verərək bildirib ki, yenidənqurmadan sonra məktəbdə 30 sinif komplektində 500 şagirdin təhsil alması üçün bütün şərait yaradılıb. Burada laboratoriyalar, fənn kabinetləri, idman zalı, bufet fəaliyyət göstərəcək. Binada yeni istilik sistemi quraşdırılıb. Məktəb yeni avadanlıq, inventar və əyani vəsaitlərlə təchiz olunub. Təhsil ocağının ərazisi abadlaşdırılıb, yaşıllıqlar salınıb. Həyətdə müxtəlif idman qurğuları quraşdırılıb.

Sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev qeyd edib ki, tədris ocağında həm müəllimlər, həm də şagirdlər üçün lazımi şərait yaradılıb. Rayon ərazisində mövcud olan məktəb binalarının təmiri növbəti illərdə də davam etdiriləcək.

Müəllimlər və kənd sakinləri çıxış edərək təhsilə göstərilən diqqət və qayğıya, eləcə də məktəb binasında aparılan təmir işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.