REGİONLAR


Biləsuvarlı pambıqçılar sahələrdən 12 min ton pambıq yığmağı qarşıya məqsəd qoyublar

A+ A

Biləsuvar, 14 sentyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda pambıq yığımına başlanılıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonda 6 min 40 hektar sahədə pambıq əkilib. Ötən il isə bu rəqəm 4 min 417 hektar olub.

Mütəxəssislər builki hava şəraitinin həm çiyidin vegetasiyası, həm də yığım üçün əlverişli hesab edirlər. Digər tərəfdən Biləsuvarda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə lazımi aqrotexniki qulluq göstərildiyindən tarlalarda bol məhsul yetişib.

Artıq bir neçə gündür ki, fermerlər məhsul yığımına başlayıblar. Təcrübəli fermer Xudaverdi Mahmudov bildirib ki, dövlətimizin qeyri-neft sektoruna verdiyi dəstək kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıq əkininə də marağı artırıb. Artıq qısa müddətdə sahələrdən 150 tondan çox məhsul yığılaraq qəbul məntəqələrinə göndərilib. Sahələrdə qozaların 30 faizinin açılması səbəbindən hələlik məhsul yığımı əl ilə aparılır. Yaxın günlərdə isə sahələrə pambıqyığan maşınlar da çıxarılacaq. Bunun üçün rayonda ciddi hazırlıq işləri görülüb. 12 pambıqyığan kombayn və 50 maşın mexanizmi hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, bu il biləsuvarlı pambıqçılar sahələrdən 12 min ton pambıq yığmağı qarşılarına məqsəd qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.