CƏMİYYƏT


Bilgəh qəsəbəsində “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda tədbir keçirilib

Bakı, 31 may, AZƏRTAC

Sabunçu Rayon İcra Hakimiyyəti, Polis İdarəsi və rayonun Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəbin akt zalında “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən bildiriblər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə geniş məlumat verərək yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində aparılan işlər barədə danışıb.

Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Qalib Məmmədov çıxış edərək narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsi və bu sosial bəlanın yayılmasının qarşısının alınması, zərərli vərdişə mübtəla olanların müalicə edilərək sağlam həyata qaytarılması tədbirləri haqqında söhbət açıb və gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflərini bildiriblər.

Sonra qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran suallara cavablar veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.