REGİONLAR


Bilik Fondu Naftalanda: “İdeoloji, sosial və elmi maarifləndirmə”

Naftalan, 7 iyun, Rauf Hacıyev, AZƏRTAC

Prezident yanında Bilik Fondu və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ölkədə aparılan ideoloji, sosial və elmi maarifləndirmə işinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin ölkə əhalisinə ardıcıl, dolğun və məzmunlu şəkildə çatdırılması məqsədilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Naftalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər icra hakimiyyətinin əməkdaşları, Prezident yanında Bilik Fondunun təmsilçiləri, idarə, təşkilat və müəssisə rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilov “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr şöbəsinin müdiri Sərxanbəy Xudiyev “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında çıxış ediblər.

Naftalan Şəhər İcra Hakimiyyətində humanitar məsələlər üzrə işin aparıcısı Afət Mustafayeva tədbirin əhəmiyyətindən, şəhər icra hakimiyyəti ilə Prezident yanında Bilik Fondunun uğurlu əməkdaşlığından danışıb.

Maarifləndirici tədbirdə iştirakçılara dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verilib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamlarından, son illərdə aparılan islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən, müşahidə edilən abadlıq və quruculuq işlərindən söz açılıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin çoxcəhətli fəaliyyəti, dövlət idarəçiliyi sahəsindəki böyük məharəti və zəngin təcrübəsi Azərbaycanda davamlı inkişafın təməlini qoyub və bu gün Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son illərdə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirib, siyasi, iqtisadi və mədəni sahədə böyük uğurlara imza atıb.

Natiqlər ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin insanlara daha ətraflı çatdırılması üçün Bilik Fondunun keçirdiyi maarifləndirici mühazirələrin əhəmiyyətindən bəhs ediblər.

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev çıxışında Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində kurort şəhəri Naftalanın qazandığı uğurlardan söz açıb.

İnteraktiv formada keçən mühazirələrdə mütəxəssislər tədbir iştirakçılarının suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.