ELM VƏ TEXNOLOGİYA


Bilik Fondu “SOS uşaq kəndi”ndə növbəti “Qiraət saatı”nı keçirib

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu uşaqların yay tətili günlərində “SOS uşaq kəndi”ndə növbəti ənənəvi tədbirini keçirib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, kəndin kitabxanasında kiçik yaşlı məktəblilər üçün təşkil edilən “Qiraət saatı”nda uşaq yazarı Sevinc Nuruqızı balaca oxucularının qonağı olub. “Çərpələng” ,”Sarı qız”, “Oskar”, “Ağ xoruzun hekayəti” ,”Qisas”, “Ciya ilə iki gün”, “İpəkcənin macəraları” kimi onlarla şeirlər və nağıllar kitabının müəllifi S.Nuruqızı uşaqlara nağıllarını və şeirlərini oxuyub. Onun qiraətinə maraqla qulaq asan balacalar yazara danışdığı nağıllar və onların qəhrəmanları barədə müxtəlif suallar veriblər. Uşaqlardan bəziləri yazara nağıllar da danışıb. S.Nuruqızı uşaq yazarı olmaq istəyən balacalara tövsiyələrini verib.

Sonda uşaqlar Azərbaycana, anaya, dostluğa aid mahnılar ifa ediblər. Bilik Fondu “SOS Uşaq kəndi”nin kitabxanasına yazarın yeni kitablarını hədiyyə edib.

“SOS uşaq kəndi”ndə yaşayan 73 uşaq Bilik Fondunun əməkdaşlarından yay tətili günlərində onlara tez-tez baş çəkməyi və boş vaxtlarını belə səmərəli, əyləncəli keçirməyə yardımçı olmalarını xahiş edib. Fondun bu yönümdə tədbirləri davam etməkdədir. “SOS uşaq kəndi”ndə sentyabrda təşkili planlaşdırılan tədbirdə uşaqlara səhnələşdirilmiş nağılların və cizgi filmlərinin nümayişi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.