ELM VƏ TƏHSİL


Bilik Fondu Səbail rayonunda ideoloji maarifləndirici mühazirələr təşkil edib

Bakı, 2 iyun, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə maarifləndirici mühazirələrini davam etdirir.

Bakının Səbail rayonunda yerləşən C.Hacıyev adına 3 saylı musiqi məktəbində təşkil edilən mühazirədə rayon sakinləri, idarə, təşkilat və müəssisələrin, bələdiyyə və təsərrüfat xidmətlərinin nümayəndələri, ağsaqqallar və gənclər iştirak ediblər.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində ölkədə bütün sahələrdə qazanılmış uğurlardan danışıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda söylədiyi mühazirədə son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən bəhs edib. Ümummilli lider Heydər Əliyevin çoxcəhətli fəaliyyəti, dövlət idarəçiliyi sahəsindəki böyük məharəti və zəngin təcrübəsi ilə Azərbaycanın davamlı inkişafının təməlini qoyduğunu vurğulayan mühazirəçi bildirib ki, Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son illərdə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirib, siyasi, iqtisadi və mədəni sahələrdə çox böyük uğurlara imza atıb.

Bu silsilədən daha bir mühazirə rayonun 132-134 saylı tam orta məktəbində təşkil olunub. Siyasi elmlər üzrə fəlsəfə doktoru, Milli Məclisin üzvü Aydın Mirzəzadə məktəbin kollektivinə, həmçinin rayon ictimaiyyəti nümayəndələrinə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamlarından, aparılan abadlıq və quruculuq işlərindən danışıb. Bilik Fondunun mühazirəçisi tarixi məqamlara da toxunaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda stabillik yaranıb, xalqın dövlətə inamı möhkəmlənib, vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsinə yol açılıb və bu yolun uğurla davam etdirilməsi Azərbaycanın dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsinə səbəb olub.

Mühazirələrdə, həmçinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və regionların inkişafına, tikinti sektorunun canlandırılmasına yönəldilən tədbirlərdən, ölkəmizdə keçirilən beynəlxalq konfrans və idman yarışlarından, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlərdən ətraflı bəhs olunub.

İnteraktiv formada keçən mühazirələrdə sakinlər çıxış edərək onları maraqlandıran məsələlərə toxunublar, eyni zamanda, dövlətimizin başçısı tərəfindən aparılan siyasəti, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.